
AzFreelance yüklənir...

AzFreelance yüklənir...
Independent / Fərdi fəaliyyət
Müstəqil şəkildə veb tətbiqlər və fərdi proqram təminatı, SaaS layihələri üzəerində işləyirəm ReportLume, FileGuard Agency və digər şəxsi layihələr üzərində çalışmışam. Layihələr çərçivəsində frontend və backend proqramlaşdırma, API inteqrasiyaları, məlumat bazaları, məlumatların emalı, proqram təminatının test edilməsi və bulud infrastrukturu ilə praktiki iş təcrübəsi qazanmışam.

Software proqram məhsulları və texniki layihələr üçün ev olan AKHOULGO-nun ilk versiyası. AKHOULGO-nun arxasındakı ideya sadədir: hər bir məhsulu müstəqil saxlayarkən, müəyyən problemləri həll edən mərkəzləşdirilmiş proqram məhsulları qurmaq. Daha irəliyə baxaraq, AKHOULGO-nun işini uzunmüddətli perspektivdə inkişaf edən sahələrə genişləndirməyi hədəfləyirəm: AI Engineering Cybersecurity DevSecOps Hələlik diqqət etibarlı bir təməl qurmağa və faydalı proqram təminatını bir məhsulla buraxmağa yönəlib.

CSV məlumatlarının emalı, analitik göstəricilərin vizuallaşdırılması və avtomatik hesabatların hazırlanması üçün yaratdığım veb tətbiq. Əsas funksiyalar: • CSV fayllarının idxalı və analizi • Müştəri və məlumatların idarə edilməsi • Analitik idarəetmə paneli • Aylıq hesabatların hazırlanması • PDF formatında hesabatların ixracı Tətbiqin ilkin versiyası Python, FastAPI, HTML, CSS və JavaScript texnologiyaları ilə hazırlanıb. Hazırda brauzer üzərindən qeydiyyatsız və ödənişsiz istifadə edilə bilən versiyası mövcuddur.

Elektron ticarət müəssisələri üçün məhsul kataloqlarının müqayisəsi və potensial risklərin aşkarlanması məqsədilə hazırladığım veb tətbiq. Əsas funksiyalar: • CSV və Excel fayllarının emalı • Məhsul və təchizatçı kataloqlarının müqayisəsi • Maliyet, qiymət və mənfəət marjasının analizi • Stok risklərinin aşkarlanması • Avtomatik sütun uyğunlaşdırılması • CSV və PDF formatında hesabatların hazırlanması Layihə Python, JavaScript, HTML, CSS və WebAssembly texnologiyalarından istifadə etməklə hazırlanıb. Tətbiq qeydiyyat və ödəniş tələb etmir. Məlumatlar birbaşa istifadəçinin brauzerində emal olunur.
Süni intellekt, məlumat analizi və iş proseslərinin avtomatlaşdırılması üçün hazırladığım veb tətbiq. Əsas funksiyalar: • Google Gemini AI inteqrasiyası • AI Agent və Function Calling • CSV fayllarının emalı və xərc analizi • Təbii dil vasitəsilə əmrlərin icrası • Tapşırıqların və qeydlərin yaradılması • İstifadəçi təsdiqi əsasında əməliyyatların icrası • SQLite məlumat bazası • Avtomatlaşdırılmış testlər Layihə Python, Streamlit, Google Gemini API, pandas, SQLite və pytest texnologiyaları ilə hazırlanıb. CSV analizi ödənişsiz və API açarı olmadan mümkündür. Süni intellekt funksiyaları üçün Gemini API açarı tələb olunur.
Email ünvanı
[email protected]Yeni layihəniz barədə danışmaq üçün mənə yazın və ya zəng edin. Sizinlə əməkdaşlıq etməkdən məmnun olaram.
WhatsApp-da Yaz