
AzFreelance yüklənir...

Son yenilənmə: 21 Mart 2026
AzFreelance platforması frilanserləri və rəqəmsal xidmət sifarişçilərini (Müştəriləri) bir araya gətirən **müstəqil elan və kommunikasiya portalıdır**. Platforma tərəflər arasında bağlanmış sözlü və ya kənar yazılı müqavilələrin, sifariş edilən işlərin və verilən vədlərin icrasına birbaşa nəzarət etmir.
MÜHÜM BİLDİRİŞ: AzFreelance heç bir halda istifadəçilər arasında pul transferlərini idarə etmir, vasitəçilik etmir (Escrow yoxdur) və ödənişlərə heç bir maddi, mənəvi və ya hüquqi zəmanət vermir. Formada/səhifələrdə görünən "Xidmət Büdcəsi" yalnız layihənin qiymətləndirilməsi üçün nəzərdə tutulmuş rəqəmsal (vizual) göstəricidir.
Sifarişçi (Client) və Frilanser (Freelancer) arasında bütün maddi ödənişlər tərəflərin şəxsi razılığı əsasında, platformadan kənarda (bank vasitəsilə və ya nağd), birbaşa həyata keçirilir.
AzFreelance aşağıdakı hallarda heç bir fiziki, maddi və ya hüquqi məsuliyyət daşımır:
İstifadəçilər platformadan (AzFreelance) istifadə etməklə tərəflərarası bütün maddi riskləri öz üzərlərinə götürdüklərini qəbul və bəyan edirlər.
AzFreelance daxilindəki mədaxil əməliyyatları (Pulqabı/Wallet balansı) **yalnız elanların önə çıxarılması (Boost edilməsi/VIP Status)** kimi irəliləyiş xidmətlərini almaq üçündür. Qəti sürətdə bu balansı digər istifadəçilərə (Frilanserlərə/Müştərilərə) pul köçürmək və ya iş ödənişi məqsədi ilə istifadə etmək mümkün deyil. Alınmış virtual balans və ya ödənilmiş reklam xidməti geri qaytarılmır (No refund).
Plarformada bir istifadəçi digərini aldadarsa (scam sübut olunarsa), AzFreelance həmin istifadəçinin hesabını xəbərdarlıqsız ban etmək (birdəfəlik silmək) hüququnu özündə saxlayır, lakin itirilmiş ziyanın qarşılanmasını öz öhdəliyinə götürmür.