
AzFreelance yüklənir...

AzFreelance yüklənir...
Code Academy
AI dəstəkli Full-Stack proqramlaşdırma proqramında mentor kimi fəaliyyət göstərirəm. Tələbələrə proqramlaşdırmanın Frontend və Backend istiqamətləri üzrə nəzəri və praktiki biliklər qazandırır, real layihələr üzərində işləmələrinə və texniki problemlərin həllinə dəstək oluram. Əsas fəaliyyətlər: HTML, CSS və JavaScript üzrə praktiki dərslərin keçirilməsi C# və ASP.NET Core üzrə Backend proqramlaşdırmanın tədrisi SQL və verilənlər bazası ilə iş REST API və CRUD əməliyyatlarının izahı və tətbiqi Tələbələrin layihələrinin hazırlanmasına və kodlarının təkmilləşdirilməsinə dəstək Proqramlaşdırma üzrə praktiki tapşırıqların hazırlanması və qiymətləndirilməsi

Kafe idarəetməsi və məhsulların təqdimatı üçün hazırlanmış Full-Stack veb layihədir. ASP.NET Core MVC ilə Backend və server-side struktur qurulub, HTML, CSS və JavaScript ilə istifadəçi interfeysi hazırlanıb. AJAX və jQuery vasitəsilə dinamik və interaktiv funksionallıq təmin olunub. Texnologiyalar: ASP.NET Core MVC, HTML, CSS, JavaScript, AJAX, jQuery

Tədbir və əyləncə məkanları üçün hazırlanmış Full-Stack veb platformadır. Layihədə istifadəçilər müxtəlif tədbirləri, konsertləri, teatrları və digər kateqoriyaları nəzərdən keçirə bilirlər. Frontend React, Backend ASP.NET Core Web API və SQL ilə hazırlanıb. JWT Authentication və Git istifadə olunub. Texnologiyalar: React, ASP.NET Core Web API, SQL, JWT, Git

Istifadəçi dostu və responsive dizayna sahib veb layihədir. Saytın interfeysi HTML və CSS ilə hazırlanıb, JavaScript vasitəsilə interaktiv funksionallıq əlavə olunub. Texnologiyalar: HTML, CSS, JavaScript
Email ünvanı
[email protected]Yeni layihəniz barədə danışmaq üçün mənə yazın və ya zəng edin. Sizinlə əməkdaşlıq etməkdən məmnun olaram.
WhatsApp-da Yaz