
AzFreelance yüklənir...
Son yenilənmə: 31 İyul 2026
Bu sənəd şəxsi məlumatlarınızın necə toplandığı, istifadə edildiyi, və hansı hüquqi çərçivədə qorunduğunu izah edir. Zəhmət olmasa diqqətlə oxuyun. Platformadan istifadə edərək siz şəxsi məlumatlarınızın bu siyasətə uyğun olaraq işlənməsinə, eləcə də rəqəmsal mühitin təbii risklərini anladığınıza dair rəsmi razılıq verirsiniz.
AzFreelance platforması xidmət göstərmək üçün aşağıdakı şəxsi və texniki dataları toplayır:
2.1. Təhlükəsizlik Tədbirləri: Məlumatlarınızı qorumaq üçün standartlara uyğun təhlükəsizlik alqoritmləri (SSL şifrələməsi, firewall və şifrə heşləməsi) tətbiq edilir.
2.2. Məsuliyyətdən Tam İmtina (Data Breach Disclaimer): Rəqəmsal və qlobal internet şəbəkəsi 100% təhlükəsiz ola bilməz. Hacker hücumları, server sındırılması, kənar proqram müdaxilələri və ya fors-major halları nəticəsində şəxsi məlumatların, o cümlədən daxili yazışmaların (çatların), telefon nömrələrinin və ya e-poçtların 3-cü tərəflərin (kibercinayətkarların) əlinə keçməsi halında AzFreelance BÜTÜN birbaşa və dolayısı maddi və mənəvi zərərlərə görə məsuliyyəti tam olaraq rədd edir. İstifadəçi platformanı istifadə etməklə bu texnoloji riski tam anladığını və qəbul etdiyini təsdiqləyir.
2.3. Ödəniş və Maliyyə Məlumatları: Platformamız sizin bank kartı (kredit kartı) rekvizitlərinizi ÖZ SERVERLƏRİNDƏ SAXLAMIR. Ödəniş əməliyyatları platforma tipindən asılı olaraq aşağıdakı lisenziyalı ödəniş şlüzləri vasitəsilə həyata keçirilir:
AzFreelance istifadəçi datalarını kommersiya məqsədləri ilə kənar şirkətlərə SATMIR.
Ancaq məlumatlarınız aşağıdakı xüsusi hallarda və qanuni çərçivədə paylaşıla bilər:
4.1. Məzmunun Oxunması (AI Scanning): AzFreelance ekosisteminin təhlükəsizliyini təmin etmək üçün, platformada paylaşılan HƏR BİR məzmun (iş elanları, göndərilən təkliflər, istifadəçi portfolioları, və hətta istifadəçilər arasındakı ikitərəfli mesajlar / çatlar) qlobal Süni İntellekt (AI) moderasiya motorları tərəfindən fırıldaqçılıq (scam), qanunsuz iş təklifləri və zərərli kodların qarşısını almaq üçün oxunur və avtomatik analiz edilir.
4.2. Məlumatın Toxunulmazlığı: AI yalnız təhlükəsizlik analizi (Pattern Recognition) məqsədi daşıyır. Şəxsi mesajlaşmalarınızdakı sirlər, kodlar və ya layihə detalları kommersiya məqsədləri ilə istifadə edilmir, heç bir AI modelinin təlimi (training) üçün saxlanılmır və satılmır.
5.1. Hüquqlar (GDPR Bənzəri Format): Siz istənilən vaxt şəxsi məlumatlarınıza baxa, onları redaktə edə bilərsiniz.
5.2. Məlumatın Tam Silinməsi: İstənilən vaxt Tənzimləmələr → Təhlükəli Zona (Danger Zone) menyusundan istifadə edərək hesabınızı birdəfəlik silə bilərsiniz. Bu halda adınız, e-poçtunuz və nömrəniz məlumat bazamızdan silinəcək.
5.3. İstisnalar (Qalıcı Datalar): Fırıldaqçılığın və hesabat xətalarının qarşısını almaq məqsədi ilə aşağıdakı məlumatlar hətta hesab silinsə də sistemdə xüsusi arxivlərdə saxlanıla bilər:
6.1. Üçüncü Tərəf Xidmət Provayderləri: AzFreelance platforması texniki xidmətlərini etibarlı qlobal xidmət provayderləri vasitəsilə göstərir. Platformadan istifadə etməklə siz məlumatlarınızın həmin provayderlərin serverlərində — o cümlədən Azərbaycan xaricindəki (ABŞ, Böyük Britaniya və digər ölkələrdəki) — saxlanılmasına razılıq verirsiniz. İstifadə olunan xidmət kateqoriyaları:
6.2. Minimum Data Prinsipi: AzFreelance yalnız xidmətin göstərilməsi üçün texniki olaraq zəruri olan minimum datanı bu provayderlərlə paylaşır. Hər bir proveyder öz məxfilik siyasəti çərçivəsində fəaliyyət göstərir. Provayderlərin infrastrukturundakı texniki nasazlıq və ya məlumat itkisi halında AzFreelance məsuliyyət daşımır.
AzFreelance məlumatlarınızı xidmətin göstərilməsi, təhlükəsizliyin təmin edilməsi və qanuni öhdəliklərin yerinə yetirilməsi üçün zəruri olan müddət ərzində saxlayır:
Qeyd: Məlumatların silinməsi tələbi ilə müraciət etmək üçün [email protected] ünvanına yazın. Qanuni öhdəliklər çərçivəsindəki məlumatlar tələbdən istisna ola bilər.
8.1. Yaş Məhdudiyyəti: AzFreelance platforması 18 yaşından kiçik şəxslərə yönəlməmişdir və şüurlu şəkildə onlardan heç bir şəxsi məlumat toplamır. Əgər valideyni/qəyyumu olduğunuz azyaşlının platformaya qeydiyyatdan keçdiyini bilsəniz, dərhal [email protected] ünvanına məlumat verin.
8.2. Aşkarlama Halında: Belə bir vəziyyətdən xəbərdar olduqda həmin istifadəçinin bütün məlumatları — qanuni müddəti bitmiş audit arxivləri istisna olmaqla — dərhal silinəcəkdir.
Bu Məxfilik Siyasəti ilə bağlı hər hansı sual, şikayət, data silmə və ya düzəliş tələbi üçün bizimlə əlaqə saxlayın:
Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanununa (2010) uyğun olaraq şikayətinizi həmçinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vasitəsilə irəli sürə bilərsiniz.