Full-Stack Developer olaraq müasir, sürətli və etibarlı veb tətbiqlərinin hazırlanması üzrə ixtisaslaşıram. Komandamızla birlikdə korporativ vebsaytlar, e-commerce platformaları və biznes həlləri hazırlayırıq.
İştirak etdiyim layihələr arasında MIT Academy korporativ akademik platforması, Treva daşınmaz əmlak platforması, Magazam.az və Valore Watch e-commerce layihələri, eləcə də bir çox digər korporativ vebsaytlar yer alır.
Təmiz kod, yüksək performans, təhlükəsizlik və istifadəçi təcrübəsinə önəm verirəm. Layihələri vaxtında və keyfiyyətli şəkildə təhvil vermək əsas məqsədimdir. Müştərinin tələblərini diqqətlə analiz edərək etibarlı və uzunmüddətli həllər təqdim edirəm.