
AzFreelance yüklənir...

AzFreelance yüklənir...
Air Media MMC
• Struktur bölmələrdən daxil olan müraciətlər əsasında bütün növ müqavilələri, əlavə razılaşmaları və müqavilə ilə bağlı digər sənədləri hazırlamış və şöbə müdiri ilə razılaşdırmışdır. • Şirkətin struktur bölmələrindən daxil olan müqavilələrin hüquqi ekspertizasını aparmış, şirkətin mənafeyinə mənfi təsir göstərə biləcək riskləri aşkar etmiş və onların aradan qaldırılması üçün tədbirlər görmüşdür. • Bağlanmış müqavilələrin uçotunu və icrasının qeydiyyatını aparmış, kontragentin identifikasiyası və verifikasiyası üçün zəruri sənəd və məlumatların əldə olunmasını təmin etmişdir. • Tələb olunduqda müqavilə şərtlərinin kontragentlərlə razılaşdırılması üçün danışıqlar aparmış, qəbul edilməyən şərtlərlə bağlı xidməti arayışlar tərtib etmişdir. • Qanunvericiliyə zidd olan aktların dəyişdirilməsi və ya ləğvi barədə rəhbərliyə və mütəxəssislərə hüquqi rəylər vermişdir. • İnzibati əmrlərin hazırlanmasını və imzaya təqdim olunmasını təmin etmiş, bütün əmrlərin və əmək müqavilələrinin hazırlanmasını və uçotunu aparmışdır. • Rəhbərin nəzarəti altında iddia ərizələrinin, pretenziyaların və apellyasiya şikayətlərinin hazırlanmasında, həmçinin şirkətdaxili korporativ qaydaların və daxili normativ aktların tərtibatında iştirak etmişdir.
Cəlilabad rayon məhkəməsi
• Məhkəmə qərarlarının layihələrinin hazırlanmasında iştirak etmişdir. • Qərarların çapını, çoxaldılmasını və aidiyyəti üzrə göndərilməsini təmin etmişdir. • İşlərin icraatının və hakim tapşırıqlarının vaxtında yerinə yetirilməsinə nəzarət etmişdir.
Email ünvanı
[email protected]Yeni layihəniz barədə danışmaq üçün mənə yazın və ya zəng edin. Sizinlə əməkdaşlıq etməkdən məmnun olaram.
WhatsApp-da Yaz