Biznesiniz üçün əl ilə aparılan qiymət hesablamalarını avtomatlaşdıran mini proqramlar hazırlayıram.
Hansı sahələr üçün?
- Qapı-pəncərə istehsalı
- Mebel və MDF/DSP
- Şüşə və jalüz
- Tikinti və digər sifarişli istehsal sahələri
Proqramın imkanları:
- Ölçü və miqdarın daxil edilməsi
- Material qiymətinə əsasən hesablanma
- Ümumi məbləğin avtomatik hesablanması
- Telefon və kompüterdə brauzer vasitəsilə istifadə
Proqramın hesablanma qaydaları əvvəlcədən razılaşdırılmış iş prosesinizə uyğun hazırlanır.
Başlanğıc qiymət 99 AZN-dir. Bu qiymət sadə, bir hesablama növü olan versiyaya aiddir. Əlavə funksiyalar ayrıca qiymətləndirilir.
AdVision Studio — Biznesiniz üçün praktik rəqəmsal həllər.
MiniproqramAvtomatlaşdırmaJavaScriptBiznesproqram
basic
Sadə Qiymət Hesablayıcısı
₼99
Bir məhsul növü üzrə ölçü, miqdar və vahid qiymət daxil edilərək ümumi məbləği avtomatik hesablayan sadə veb proqram. Telefon və kompüter brauzeri üçün uyğun interfeys. Bir düzəliş daxildir. Anbar, müştəri bazası və mürəkkəb hesabatlar daxil deyil.
3 gün
1 düzəliş
WhatsApp vasitəsilə birbaşa əlaqə
Frilanser haqqında
Velixan Veliyev
Müştəri Rəyləri
0.0
0 rəy
5
4
3
2
1
İlk sifariş fürsəti
Bakı
Bizneslər üçün fərdi hesablama və idarəetmə proqramları hazırlayıram.
Excel və əl ilə aparılan hesablamaların avtomatlaşdırılması, qiymət və smeta hesablanması, material sərfiyyatı, sifariş və müştəri qeydiyyatı üzrə həllər təklif edirəm.
Mebel, qapı-pəncərə, tikinti, reklam və istehsalat sahələri üçün telefon və kompüterdə istifadəyə uyğun proqramlar hazırlamağa kömək edirəm.
Layihələri müştərinin iş qaydasına və ehtiyaclarına uyğun planlaşdırıram.