Biznesinizi internetdə təqdim etmək, məhsul və xidmətlərinizi göstərmək üçün səliqəli, istifadəsi rahat veb-sayt hazırlayıram.
Kafe, mağaza, kurs, xidmət sahəsində çalışan şəxslər və kiçik şirkətlər üçün təqdimat saytları və məhsul kataloqları hazırlana bilər.
Layihəyə uyğun olaraq:
• Telefon, planşet və kompüterə uyğun görünüş
• Biznes haqqında məlumat və xidmətlər bölməsi
• Məhsul və ya xidmət kataloqu
• Şəkil qalereyası və qiymət siyahısı
• WhatsApp, zəng və sosial şəbəkə keçidləri
• Ünvan və xəritə bölməsi
İşə başlamazdan əvvəl saytın məqsədini, səhifələrini və görünüşünü birlikdə dəqiqləşdiririk. Qiymət, təhvil müddəti və düzəlişlərin sayı əvvəlcədən razılaşdırılır.
Domen və hostinq xərcləri ayrıca dəqiqləşdirilir. Onlayn ödəniş, idarəetmə paneli və digər əlavə funksiyalar ayrıca qiymətləndirilir.
Sifarişdən əvvəl biznesiniz haqqında qısa məlumat, istədiyiniz bölmələr və bəyəndiyiniz sayt nümunəsini göndərə bilərsiniz.
Kiçik biznes üçün telefon və kompüterə uyğun, 5 bölməyədək birsəhifəli təqdimat saytı. Xidmətlər, haqqında, şəkillər, əlaqə məlumatları, WhatsApp düyməsi və xəritə keçidi daxildir.
Mətn və şəkilləri sifarişçi təqdim edir. Təhvil müddəti bütün materiallar və tələblər alındıqdan sonra başlayır. Razılaşdırılmış dizayn üzrə 2 düzəliş mərhələsi daxildir.
Domen və hostinq haqqı, idarəetmə paneli, onlayn ödəniş və rezervasiya sistemi paketə daxil deyil.
7 gün
2 düzəliş
WhatsApp vasitəsilə birbaşa əlaqə
Frilanser haqqında
Müştəri Rəyləri
0.0
0 rəy
5
4
3
2
1
rasul
İlk sifariş fürsəti Azərbaycan,Bakı
Mən Rəsul Məsimli. Bizneslər və fərdi layihələr üçün veb-sayt, tətbiq və dizayn xidmətləri təklif edirəm. Məqsədim ideyanızı istifadəsi rahat, səliqəli və ehtiyaclarınıza uyğun rəqəmsal məhsula çevirməkdir.
Xidmət istiqamətlərim:
• Biznes və təqdimat saytları, landing page və məhsul kataloqları
• Veb və mobil tətbiqlərin hazırlanması
• Sayt və tətbiqlər üçün interfeys dizaynı (UI/UX)
• Loqo, banner və sosial media paylaşımları üçün qrafik dizayn
Layihələrdə aydın quruluşa, rahat istifadəyə və vizual uyğunluğa diqqət yetirirəm. İşə başlamazdan əvvəl tələb olunan funksiyaları, dizayn istiqamətini, qiyməti və təhvil müddətini birlikdə dəqiqləşdiririk.
İdeyanız, istədiyiniz funksiyalar və bəyəndiyiniz nümunələr haqqında yazın, layihənizə uyğun həlli müzakirə edək.