Eskiz layihəyə obyektin ilkin memarlıq konsepsiyasının hazırlanması, genplan, planlaşdırma həlləri, fasad çizqilərinin işlənməsi daxildir. Layihə sifarişçinin istək və tələblərinə uyğun hazırlanır.
PEŞƏKAR XÜLASƏ
Memarlıq sahəsində 6 ildən artıq peşəkar təcrübəyə malik memar. Əsas ixtisaslaşma istiqamətləri eskiz layihələrinin hazırlanması, memarlıq-planlaşdırma həlləri, fasadların layihələndirilməsi və işçi layihə sənədlərinin tərtibidir. Yaşayış və kommersiya təyinatlı binaların memarlıq layihələrinin hazırlanması, plan, kəsik, fasad və texniki çertyojların işlənməsi üzrə təcrübəyə malikdir. Eksteryer və interyer üzrə işçi layihələrin, həmçinin 3D modelləşdirmə və fotorealistik vizuallaşdırmaların hazırlanmasını bacarır. Layihələrdə funksionallıq, texniki tələblər, erqonomika və estetik həllərin uzlaşdırılmasına üstünlük verir.