Müasir, sürətli və responsive veb saytların hazırlanması xidmətini təqdim edirəm. Biznesiniz, şəxsi brendiniz və ya layihəniz üçün istifadəçi yönümlü və peşəkar veb həll hazırlayıram.
Layihənin hazırlanması prosesində dizayn, funksionallıq, mobil uyğunluq və istifadəçi təcrübəsinə xüsusi diqqət yetirirəm. Mövcud saytların yenilənməsi və yeni funksiyaların əlavə edilməsi üzrə də xidmət göstərə bilərəm.
Xidmətə ehtiyacınıza uyğun fərdi yanaşma, funksional səhifələrin hazırlanması, responsive görünüş və layihənin istifadəyə hazır vəziyyətə gətirilməsi daxildir.
Layihənizin məqsədini və tələblərini mənə göndərin, sizə uyğun texniki həlli birlikdə müəyyənləşdirək.
Mobil uyğun veb sayt. Əsas səhifə strukturu, mətn və şəkillərin yerləşdirilməsi, responsive görünüş və əsas funksionallıq daxildir.
3 gün
3 düzəliş
Premium Veb Həll
₼350
Daha geniş funksionallığa malik peşəkar veb layihə. Fərdi struktur, interaktiv bölmələr, API inteqrasiyası, responsive dizayn və deploy dəstəyi daxildir.
7 gün
4 düzəliş
Müştəri Rəyləri
0.0
0 rəy
5
4
3
2
1
WhatsApp vasitəsilə birbaşa əlaqə
Frilanser haqqında
Reshad İsmayilov
0.0 Baki
Mən İsmayilov Rəşad Full Stack Developer, həmçinində Təlimçi və KiberKod MMC-də CTO olaraq proqram təminatının hazırlanması, rəqəmsal məhsulların qurulması və texnologiya layihələrinin idarə olunması ilə məşğulam.
Müxtəlif sahələr üzrə bizneslərin rəqəmsal ehtiyaclarını analiz edir, onların tələblərinə uyğun müasir, funksional, sürətli və istifadəsi rahat veb saytlar və rəqəmsal həllər hazırlayıram.
KiberKod MMC-də CTO olaraq texniki strategiyanın formalaşdırılması, layihələrin planlaşdırılması, proqram təminatının hazırlanması və texniki proseslərin idarə olunmasında iştirak edirəm.
Eyni zamanda proqramlaşdırma üzrə təlimçi kimi praktiki bilik və təcrübələrimi tələbələrə ötürür, onları real layihələr üzərində işləməyə və peşəkar inkişaf etməyə istiqamətləndirirəm.
Xidmətlərim:
Veb saytların hazırlanması
Full Stack veb tətbiqlər
Biznes və korporativ sistemlər
Admin panellər və idarəetmə sistemləri
Mövcud layihələrin yenilənməsi və təkmilləşdirilməsi
API və müxtəlif sistemlərin inteqrasiyası
Responsive və istifadəçi yönümlü interfeyslər
Rəqəmsal məhsulların hazırlanması
Proqramlaşdırma üzrə təlim və mentorluq
Məqsədim yalnız texniki olaraq işləyən məhsul yaratmaq deyil, müştərinin biznes məqsədlərinə uyğun, peşəkar və uzunmüddətli istifadə üçün etibarlı rəqəmsal həllər təqdim etməkdir.
Layihənizi paylaşın ideyanızı birlikdə peşəkar rəqəmsal məhsula çevirək.