Xidmət haqqında
Backend və fullstack veb developer — .NET və React
2 ildir real istifadədə olan korporativ veb sistemlər qururam. İxtisasım güclü backend tələb edən layihələrdir: çoxistifadəçili idarəetmə sistemləri, admin panellər, hesabat modulları və API-lar.
Nə edirəm:
• Veb tətbiqlər — sıfırdan tam layihə (backend + frontend + serverə yerləşdirmə)
• REST API — mobil tətbiq və ya üçüncü tərəf sistemlərlə inteqrasiya üçün
• Admin panel / CRM / uçot sistemi — istifadəçi rolları, icazə idarəetməsi, audit jurnalı
• Excel və PDF hesabatlar, böyük həcmli məlumatın idxal/ixracı
• Baza dizaynı və yavaş sorğuların optimallaşdırılması
• Mövcud sistemə yeni modul əlavəsi, xəta düzəlişi
• Linux serverə deploy — Docker, Nginx, SSL
Texnologiyalar:
Backend: C#, .NET 8, ASP.NET Core Web API, Entity Framework Core
Baza: MS SQL Server, T-SQL
Frontend: React, TypeScript, Redux, Tailwind CSS
Digər: SignalR (real-time), JWT autentifikasiya, Docker, Git, Python/FastAPI
Necə işləyirəm:
İşə başlamazdan əvvəl tələbləri dəqiqləşdirir, iş həcmini və müddəti yazılı razılaşdırıram. Böyük layihələri mərhələlərə bölürəm — hər mərhələdə işlək nəticə görürsünüz, sonda birdəfəlik "hazırdır" təhvili olmur. Kod tam sizin sahibliyinizə keçir.
Ən böyük layihəm təhsil müəssisəsi üçün çoxmodullu idarəetmə sistemidir — istifadəçi və icazə idarəetməsi, imtahan prosesləri, avtomatik hesablamalar və hesabatlar. Hazırda real istifadədədir.
Layihəniz barədə yazın — texniki həlli və təxmini müddəti pulsuz qiymətləndirim.